ADU-nun yeni rektoru qaydaları dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

ADU-nun yeni rektoru qaydaları dəyişdi

ADU-nun yeni rektoru qaydaları dəyişdi


Azərbaycan Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

AzNews.info-nun Lent.az-a istinadən xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.

- Yay məktəbi tam pulsuz olacaq

- Apelliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq

- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *