Avtobusda döyülən cibgir həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Avtobusda döyülən cibgir həbs olundu – VİDEO

Avtobusda döyülən cibgir həbs olundu


Mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşüb. Sərnişinlərdən biri yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, digər sərnişinlərin köməyi ilə saxlanılan həmin şəxs barəsində qanuni ölçü götürülməsi üçün avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib.

Şübhəli şəxs qismində 15-ci Polis Bölməsinə gətirilənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəhrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

Cibgirin ifşa olunaraq sərnişinlər tərəfindən döyülmə anını aşağıdakı videodan izləyə bilərsiniz:


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *