Azərbaycanda bu yolda avtomobillər öz-özünə hərəkət edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Azərbaycanda bu yolda avtomobillər öz-özünə hərəkət edir – VİDEO

Azərbaycanda bu yolda avtomobillər öz-özünə hərəkət edir


Cəlilabad -Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir.

AzNews.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, bu ərazidə hətta telefonda şəbəkə olmasına baxmayaraq əlaqə yaratmaq da mümkün olmur.

Yolun təxminən 1 kilometrlik hissəsində avtomobillərin mühərriki sönmüş, sürət qutusunun isə neytral vəziyyətdə olduğu halda nəqliyyat vasitəsi qəfildən şərq istiqamətinə doğru hərəkət etməyə başlayır.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq hətta 60 km/saata çatır.

Maraqlıdır ki, eyni yerdə avtomobillər əks istiqamətə, yəni qərbə doğru hərəkətdə çətinliklə üzləşirlər.

Yerli sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda ərazidə telefonla danışmaq da mümkün olmur.

Ehtimal olunur ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *