Susananın bacısı: Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Susananın bacısı: Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm

Susananın bacısı: Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm


“Əbülfəz Susananın saçını qırxanda böyük bacım onlara gedib, niyə belə etdiyini soruşdu. O şairə dediyiniz qayınana bilirsiniz bacıma nə cavab vermişdi? Demişdi ki, siz bacınıza yaxşı tərbiyə verməmisiniz, biz də belə tərbiyələndiririk”.

Bir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar edən Bakı şəhər sakini Susana Şərifovanın bacısı Əminə Oxu.Az-a açıqlamasında belə deyib.

O, bacısının qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəylinin söylədiklərini böhtan və iftira adlandırdı. Doğma bacısının faciəsindən danışmaq Əminə xanıma çətin olsa da, müsahibə vermək məcburiyyətində qaldığını dedi:

“Bacım günorta saat 3-də ölüb, biz 8-də saytlardan xəbər tutduq. Bacımın meyitini morqda qoyub qaçmışdılar. Bacımın ölüm videosunu görüb dəhşətə gəldik. Xəstəxanaya necə çatdığımızı bir Allah bilir. Dünən bizim başımız bacımın 3 mərasiminə qarışıb, qayınanası saytlara müsahibə verərək məni rüsvay edib.

O qadın deyir ki, guya mən “Instagram”da bacımın sinəsi açıq fotolarını paylaşıram. Yalan deyir. Mən yalnız bacımın intihar videosunu paylaşmışam. Düzdür, yazmışam ki, əri Əbülfəz ilə qayınanası onu bu həddə çatdırdılar. Ağzına gələni danışıb. Mən də onun kimi edə bilərəm, barəsində hər söz deyə bilərəm. Amma gərək hər söylədiyimizin arxasında dayana bilək. Özünü və oğlunu müdafiə etmək üçün olmayan şeylər danışaraq məni biabır edir. Onu da, müsahibə verdiyi saytı da məhkəməyə verəcəm. Mənim mövqeyimi öyrənmədən o qadının dediklərini hansı ixtiyarla yazıblar? Bacıma vermədiyi zülmlər qalmayıb, indi də deyir ki, kaş sağ olaydı, yazılanlara cavab verəydi”.

Əminə xanım bacısının əri tərəfindən mütəmadi şəkildə fiziki, psixoloji və mənəvi təcavüzə məruz qaldığını ürək ağrısıyla danışdı:

“Beş bacı olmuşuq, bir qardaş. Əri Susananı heç birimizlə ünsiyyət qurmağa qoymurdu. 2 ildir bacımla danışmırdım, yoldaşı icazə vermirdi. Deyirdi ki, gəlib onu doldurursan. Əbülfəzin özüylə 2 il 5 aydır küsülüydük. Aprelin 16-da bircə qardaşımızın toyu oldu. Buraxmadı. Heç nə demədik. Dedik iki balası var, təki mehriban olsunlar. Böyük bacım da onların toyuna getməmişdi. Çünki yeznəmiz onun narkoman olduğunu bildiyindən Susananın ona ərə getməsinə razı deyildi. Bu səbəbdən onların evlənməsini heç istəmirdik. Əbülfəz də toydan sonra Susananı bizdən ayırdı. Ata evinə gəlməyə icazə vermirdi.

2 ay bundan əvvəl uşaqlarını evdə qoyub, qaçıb gəlmişdi. Əri döymüşdü, işgəncələr vermişdi... Qayıtmaq istəmirdi. Məhkəməyə, polisə müraciət etmişdik. Üç gündən sonra gəldi, yalvardı, dilə tutdu, apardı. Bacım uşaqlarına görə məcburən qayıtdı”.

Əminə xanım Susananın psixoloji probleminin olmadığını, amma Əbülfəzdən həddindən artıq çox qorxduğunu deyir:

“Bizə görə Əbülfəzdən qorxurdu. Bizi öldürəcəyilə bacımı hədələyirdi. Deyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm. Bir tanışı metroda məni görüb, telefonla şəklimi çəkib ona göndərmişdi. O da həmin şəkili Susanaya göstərib deyirdi ki, bax, bacını izlətdirirəm. Sözümə baxmasan, öldürərəm. Qardaşımı bomba ilə partladacağı ilə hədələyirdi. Susana bizə görə çox qorxurdu. Nə qədər desək də, “boş-boş sözlərdir, inanma”, yenə də qorxurdu. Çünki Əbülfəz bacımı döyüb, gözünü qorxutmuşdu”.

Xatırladaq ki, 15 may tarixində 31 yaşlı 2 uşaq anası Susanna Şərifova Qoqol küçəsindəki binanın 3-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş S. Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə. Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.
Ə.Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 22 may 2017 10:27
  • Yazan: flyen
The news that Gucci is still the “darling” of gucci replica handbags the world’s largest group of luxury goods buyers bolstered prospects for its parent Kering which has seen a remarkable replica gucci bags turnaround this year, with double-digit comparable revenue growth across all regions except cheap gucci sale Japan for the third quarter.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *