Bu sirri yayana cəza veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu sirri yayana cəza veriləcək

Bu sirri yayana cəza veriləcək


Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir.

Bu barədə məsələ Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 284.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, eyni əməllər ağır nəticələrə səbəb olduqda, beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 284.1-ci maddəsində eyni əməllər üzrə azadlıqdan məhrumetmə cəzası iki ildən beş ilədək müddətə, 284.2-ci maddə üzrə isə üç ildən yeddi ilədək müddətə müəyyən edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *