Azərbaycanda müəllim dərs vaxtı ölüb » AzNews.info -Xəbər portalı

Azərbaycanda müəllim dərs vaxtı ölüb – VİDEO (YENİLƏNİB)

Azərbaycanda müəllim dərs vaxtı ölüb


Dərs zamanı dünyasını dəyişdiyi bildirilən müəllimənin vəziyyəti əslində müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahanda pisləşib.

AzNews.info-nun Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, hadisə Qax rayonunda keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı baş verib.

Belə ki, dünən Təhsil Nazirliyi tərəfindən Qax Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə 12 mindən artıq müəllim iştirak edib. Qiymətləndirmənin gedişi zamanı Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın halı qəflətən pisləşib.

Onu dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı Gülxar Babayeva təqribən bir saatdan sonra dünyasını dəyişib. Xəstəxanadan müəllimənin bərk həyəcan keçirməsi səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.



11 may (21:33)

Qaxda müəllim dünyasını dəyişib.

AzNews.info ARB TV-yə istinadla xəbər verir ki, Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib.

Onu dərhal təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *