Ginnesin kitabına düşən azərbaycanlı amerikalıların həmyerlilərimizə münasibətindən danışdı » AzNews.info -Xəbər portalı

Ginnesin kitabına düşən azərbaycanlı amerikalıların həmyerlilərimizə münasibətindən danışdı – VİDEO

Ginnesin kitabına düşən azərbaycanlı amerikalıların həmyerlilərimizə münasibətindən danışdı


6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşən, Amerikada “Azərbaycanlı Çarli Çaplin” kimi tanınan, sosial şəbəkələrdə @freeladderman kimi populyarlaşan “America’s Got Talent” istedadlar müsabiqəsinin finalçısı, tanınmış sirk ustası Üzeyir Novruzov Bakı Şopinq Festivalının rəsmi saytı olan bakushopfest.com-a müsahibə verib.

[flash=425,264]https://player.vimeo.com/video/215303446?title=0&byline=0&portrait=0[/flash]

AzNews.info həmin müsahibəyə istinadən məlumat verir ki, o, 2017-ci ildə Bakıda ticarət festivalının keçiriləcəyini öyrənəndə sözün yaxşı mənasında təəccüblənib: “Düşünürəm ki, bu, Bakıya dünyanın müxtəlif ölkələrindən turist cəlb etmək üçün əla ideyadır. Turist axını isə ölkə iqtisadiyyatının yüksəlməsi deməkdir”.
Üzeyir Novruzov əmindir ki, Şopinq Festival turistlər üçün bir bayramdır. “Əyləncə və konsertlərlə zəngin olan bu bayramda alış-veriş etmək və əlbəttə ki, bizim dadlı Azərbaycan mətbəxindən dadmaq, sonda isə çayxanada çay süfrəsinə qonaq olmaq olar”, – deyə sirk ustası bildirib.

O deyib ki, azərbaycanlı olması ilə fəxr edir və hamıya Azərbaycana səfər etməyi tövsiyə edir:

“Hətta dünya üzrə qastrol səfərlərimdən sonra belə hər dəfə Bakıda olanda simasını dəyişən şəhərimizə heyran qalıram. Mən Amerikada Azərbaycan haqqında tez-tez eşitməyə başlamışam. Bakıda olan və ya ora səyahət etməyə hazırlaşan insanlara rast gəlirəm. Onlar bizim füsunkar ölkəmizə səfərləri və xalqımızın qonaqpərvərliyi haqqında böyük heyranlıqla danışırlar. Ola bilsin ki, bu, Avroviziya, İlk Avropa Oyunları və “Formula 1” Avropa Qran-prisi kimi irimiqyaslı tədbirlərin keçirilməsi ilə əlaqədardır. Bu cümlələri oxuyan hər kəsə məsləhət görürəm ki, Azərbaycana səfər etsinlər. Əminəm, peşman olmayacaqsınız”, – deyə sənətçi əlavə edib.

Ü.Novruzov onu da bildirib ki, növbəti Bakı Şopinq Festivalında iştirak etməyə çalışacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *