Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib, 11 nəfər tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib, 11 nəfər tutulub

Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib, 11 nəfər tutulub


Bakıda ictimai asayişin və təhlükəsizliyin nümunəvi qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ərazi polis orqanları ilə birlikdə kompleks tədbirlər həyata keçirib.

Bu barədə Oxu.Az-a BŞBPİ-dən məlumat verilib.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb.

Bundan əlavə, küçə ticarəti ilə məşğul olduqlarına görə 151 vətəndaş barəsində müvafiq tədbir görülüb, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 54 nəfər saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1730 nəfər müəyyən edilməklə yanaşı, xırda xuliqanlıq, antisanitariya, qanunsuz tikinti işlərinin aparılması və digər hallar aşkar edilərək aidiyyəti tədbirlər görülüb.

Kompleks tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən Bakı ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 1700, o cümlədən kobud qayda pozuntusuna yol vermiş 161 sürücü barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 13 nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 139 nəqliyyat vasitəsi müəyyən olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *