Azərbaycanlıların təbii fəlakət sevgisi: uşaqlarına "Tufan", "Leysan", "Qaroğlan" adı verənlər... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlıların təbii fəlakət sevgisi: uşaqlarına "Tufan", "Leysan", "Qaroğlan" adı verənlər...

Azərbaycanlıların təbii fəlakət sevgisi: uşaqlarına "Tufan", "Leysan", "Qaroğlan" adı verənlər...

Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib.

Ədliyyə Nazirliyi bildirir ki, körpələrə Orman (son beş ildə 7), Bulud (son beş ildə 31), İldırım (son beş ildə 32), Dağlar (son beş ildə 13) kimi adlar da qoyulub.

Təbiət hadisələri və təbiətə aid olan adlara üstünlük verən valideynlər daha çox Səma (son beş ildə 3868) və Yağmur (son beş ildə 3418) kimi adlara üstünlük verir.

Bundan başqa, son beş ildə körpələrə Buludxan, Buludxanım, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Şimşək, Şimşəkcan, hətta Leysanə, Tufanə kimi adlar da verilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *