Ekspert: Azərbaycanda qız övladı doğulanlara 10 min manat veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Ekspert: Azərbaycanda qız övladı doğulanlara 10 min manat veriləcək

Ekspert: Azərbaycanda qız övladı doğulanlara 10 min manat veriləcək


Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.

AzNews.info 1news.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bəyan edib.

Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.

“Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək”, - V.Bayramov əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək.

“Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil”, - iqtisadçı hesab edir.

Mənbə: 1news.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *