Bakıda sərnişin avtobusu ağır qəza törətdi: 9 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: 9 yaralı

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: 9 yaralı


Ötən gün saat 19 radələrində Bakının Sabunçu qəsəbəsində ağır yol qəzası baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 9 nəfər xəsarət alıb.

Belə ki, qəsəbə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. Nəticədə avtomobillərdə olmuş 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *