Tanınmış aparıcıya Alpaqut federasiyasında vəzifə verildi » AzNews.info -Xəbər portalı

Tanınmış aparıcıya Alpaqut federasiyasında vəzifə verildi – FOTO

Tanınmış aparıcıya Alpaqut federasiyasında vəzifə verildi


Alpaqut Fedarasiyasinda yeni təyinatlar olub.

AzNews.info xəbər verir ki, Azərbaycan Alpaqut Fedarasiyasinda iclas keçirilib. İclasda Alpaqut federasiyasının respublikada inkişafı, perspektiv inkanları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. İclası giriş sözü ilə açan federasiya prezidemti Aqil Acalov Alpaqutun respublikada sürətli inkişafından danışıb, Alpaqutun gördüyü işləri qeyd edib: “Sevindirici haldır ki, Alpaqut federasiyasında qədim türk adət ənənələri qorunur. Türk tarixində qadınlar hər zaman kişilərlə bir yerdə döyüş meydanlarında,dövlətin ictimai siyasi,mədəni həyatında mühüm yer alıblar. Qədim tür tarixində qadınların xüsusi yeri var. Bu gündə bu adət-ənənə Respublikamızda davam etdirilir.Bu səbəbdən bizdə federasiyımzda qadınlara xüsusi yer veririk”.
İclasda yeni təyinatlar olub, həmçinin federasiyanın Qarabağ regional mərkəzi təsis edilib. Mərkəzə federasyanın Ağdam flialının keçmiş sədri Ruslan Quliyev təyin olunub.
İctimai-təşkilati məsələlər üzrə departament rəhbəru vəzifəsinə ictimai-sosial həyatda fəallığı ilə seçilən təhsil üzrə ekspert Nuranə Şıxəliyeva təyin olunub. Tanınmış aktrisa və teleapraıcı Cəmilə Tağızadə isə federasiyanın mədəniyyət departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Tanınmış aparıcıya Alpaqut federasiyasında vəzifə verildi

aparıcı-aktrisa Cəmilə Tağızadə

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *