Sumqayıtlılar zivədən paltar asa bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sumqayıtlılar zivədən paltar asa bilmir

Sumqayıtlılar zivədən paltar asa bilmir


Sumqayit şəhəri 5-ci mkr, ev 26/4 ünanıda yaşayan sakinləri problemi sizin üçün bir az gülməli, bir az da üzücü səslənəcək. Məsələ ondadır ki, sözügedən ünvanın sakinləri arxa aynəbəndlərindən çölə paltar sərə bilmirlər. Deyirlər ki, səhər durub paltar yuyub bayıra sərməklərinə peşman olurlar. Çünki ərazinin Mənzil Kommunal İstismari işçiləri zivədə paltar görən kimi bütün həyətə car salırlar ki, zivələrdən paltarlarınızı yığışdırın. Asılmış bu paltarlar şəhərin ümumi planına zərər vurur. Zemfira nənə deyir ki, bununla bağlı, hətta yazılı təhdid də alıb ki, paltarları açmadığı təqdirdə polisə şikayət olunacaq.

Sakinlərə deyilir ki, paltarlarınızı həyətin qabaq hissəsindən sərin. Amma bunu hər kəs edə bilmir. Çıxılmaz vəziyyətdə qalan şikayətçilərin rahat şəkildə paltar yuyub, sərə bilmirlər. Misal üçün, Gülcahan xanım deyir ki, paltarını binanın qabaq hissəsindən sərdiyindən başqa bir problemlə üzləşib.

“Dünən paltarları yuyub həyətdən asmışam. İtlər də paltarları ağız atıb dartıb salıblar yerə. Qonşu da bunu görüb paltarları yığıb gətirb verib mənə” – deyə şikayətçi Gülcahan Hüseynova bildirib.

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Sumqayit Şəhər İcra Hakimiyyətinə. Oradan bizə qurumun iki saylı sahə inzibati dairəsi üzrə nümayəndəsi Arzu Abdullayev bildirdi ki, binanın sakinlərinə xəbərdarlıq deyil, məsləhət görülüb ki, yuyulan paltarlarını şəhərin ümumi görüntüsünü pozmamaq üçün zivələrdən sərməsinlər.

Amma buna baxmayaraq, bu məsləhət heç bir sakini paltar asmamağa məcbur edə bilməz. Belə çıxır ki, sakinlər rahatlıqla yuduqları paltarlarını arxa zivələrindən sərə bilərlər. Ən azından bunu qadağa eldəcək heç bir göstəriş yoxdur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *