Yol polisinin və kameranın qarşısında qayda pozdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Yol polisinin və kameranın qarşısında qayda pozdu – VİDEO

Yol polisinin və kameranın qarşısında qayda pozdu

Aprelin 1-i Bakının Mikayıl Müşfiq küçəsində (TQDK-nin yaxınlığında) hərəkətdə olan 10-NM-501 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü YPX əməkdaşının gözü qarşısında qoşa xətti tapdalayaraq əks istiqamətə çıxıb və işıqforun qadağanedici işığında hərəkət edib.

Oxu.Az xəbər verir ki, onun bu hərəkəti Avtosfer.az-ın kamerasına tuş gəlib.

Eyni tarixdə Akademik Həsən Əliyev küçəsində 90-HS-643 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib. Bu azmış kimi tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

Bu görüntülərə görə onların hər ikisini 100 manat və 4 bal cərimə gozləyir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *