Şəmkirdə silahlı insident: iki nəfər güllələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Şəmkirdə silahlı insident: iki nəfər güllələndi

Şəmkirdə silahlı insident: iki nəfər güllələndi

Şəmkir rayonunda silahlı insident olub. Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib. Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *