Azərbaycanda daha bir yazar intihar etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda daha bir yazar intihar etdi

Azərbaycanda daha bir yazar intihar etdi

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.

AzNews.info BakiPost.az-a istinadla xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb.

İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik, bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.

R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.

Ailəli idi, bir övladı var.

Mənbə: BakiPost.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *