Azərbaycanda üç min manata xoruz satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Azərbaycanda üç min manata xoruz satılır – VİDEO

Azərbaycanda üç min manata xoruz satılır


Sumqayıtın Corat qəsəbəsində xüsusi olaraq döyüşkən xoruzlar yetişdirilir. İsayevlər ailəsi illərini bu işə sərf ediblər. Bayram günlərində döyüşdürülən xoruzların qiyməti isə eşidənləri şoka salır. Bir xoruza görə üç min manat verən həvəsəkarlar da var.

Namiq İsayev qırt yatan xüsusi toyuqlardan bu cür xoruzlar əldə edərək yetişdirir. Xoruzlar əsasən türk və indoneziya növlərinə aiddir.

Sahibinin “çənə”, “sarı”, “induş” kimi ləqəblər verdiyi xoruzlar əsasən mart ayında, Novruz bayramı ərəfəsində həvəskarlar tərəfindən döyüşdürülür.

Xoruzları 5-6 aylıq olanda bir yerdə saxlamaq olmaz, çünki döyüşərək bir-birini öldürə bilərlər. Quşlar bəzən insanlara da hücum edirlər.

AzNews.info Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *