Seriala başı qarışan qadın ərinin necə öldürülməsini görməyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Seriala başı qarışan qadın ərinin necə öldürülməsini görməyib

Seriala başı qarışan qadın ərinin necə öldürülməsini görməyib


Lənkəran rayonu Xolmili kəndində həkimin qətli ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

AzNews.info “Sputnik”ə istinadən xəbər verir ki, martın 17-dən 18-nə keçən gecə naməlum şəxs və ya şəxslər 1967-ci il təvəllüdlü Səfərov Vahab Xalıq oğlunun evinə basqın edərək küt alətlə onun başına ağır zərbələr endiriblər.

V.Səfərov yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Müəyyən edilib ki, hadisə zamanı Səfərov evdə tək olmayıb. Cinayət baş verən zaman evdə olan həkimin həyat yoldaşı iddia edir ki, hadisənin necə baş verdiyini görməyib”, - polisdən bildiriblər.

Sorğu zamanı qadın qeyd edib ki, televizorda türk serialına baxıb və cinayətkar və ya cinayətkarların evə necə girməsini görməyib. Maraqlısı odur ki, hadisə yerinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları pəncərə və qapının sındırılmasını aşkarlamayıblar. Cinayətkar evdən çıxanda da, onu heç kim görməyib.

İlkin ehtimala görə, evdən heç nə oğurlanmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Sputnik
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *