Başqırdıstanda yük qatarları toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Başqırdıstanda yük qatarları toqquşdu

Başqırdıstanda yük qatarları toqquşdu

Başqırdıstanda iki yük qatarının toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bu barədə RİA Novosti-yə respublikanın təcili xidmətlərindəki mənbə xəbər verib.

"İki qatar toqquşub. Onlardan biri filizlə dolu, digəri boş olub" – deyə mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional bölməsinin rəsmi məlumatına görə, hadisə Uçalinsk filizsaflaşdırma kombinatının ərazisində, Uçala şəhərində, yerli vaxtla saat 15:05 radələrində baş verib

"Yaşayış məntəqəsinə hər hansı təhlükə yoxdur. Hadisə yerində 27 nəfər və üç ədəd texnika işləyir", - deyə Başqırdırdıstan FHN-in mətbuat katibi Yelena Mavlyutova bildirib.

İstintaq Komitəsi hələlik vəziyyəti şərh etməyib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *