Polis “Prado”nun sürücüsünü axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Polis “Prado”nun sürücüsünü axtarır – VİDEO

Polis “Prado”nun sürücüsünü axtarır


Bakıda daha bir sürücü nəqliyyat vasitəsini yolda əks istiqamətə çıxararaq hərəkət edib.

AzNews.info Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb.

Sürücü qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.

Hazırda yol polisi görüntülər əsasında həmin nəqliyyat vasitəsini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə, sürücü məhkəmənin qərarı ilə avtoxuliqanlıq hərəkətinə görə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, inzibati qaydada da müəyyən müddətə həbs ediləcək.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *