Deputat Hüseyn Əliyev Rusiyada həbs edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Deputat Hüseyn Əliyev Rusiyada həbs edildi – VİDEO

Deputat Hüseyn Əliyev Rusiyada həbs edildi

Rusiyanın Arxangelsk şəhər dumasının deputatı Hüseyn Əliyev saxlanılıb. Bildirilir ki, o, həm də şəhərdə yerləşən ən iri topdansatış bazarının sahibidir.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rodina” (“Vətən”) partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat – virtualaz.org) məbləğində rüşvət almaqda ittiham edilir.

Yerli “Exo Severa” (“Şimalın əks-sədası”) qəzeti yazır ki, söhbət sahibkar Ərəstun Məcidovdan gedir. O, vaxtilə yerli istintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb və vəkillik də edib.

Dünən keçirilmiş məhkəmə iclasında Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat – virtualaz.org) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *