“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda! » AzNews.info -Xəbər portalı

“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda! – FOTO

“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!


“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!
AzNews.info xəbər verir ki, mart ayının 20-də “Şahdağ” Turizm Mərkəzində Novruz bayramı şənlikləri çərçivəsində dahi Üzeyir bəyin “O olmasın, bu olsun” tamaşası səhnələşdirilmişdir. Qusar Ləzgi Dövlət Dram Teatrının aktyor heyəti tərəfindən tamaşaya qoyulan əsər mərkəzdə istirahət edən yerli və xüsusilə də əcnəbi qonaqların xeyli marağına səbəb olmuşdur. Azərbaycanın həm teatr, həm musiqi tarixinin öz əskini tapdığı məşhur musiqili komediya ilk dəfə olaraq açıq havada təşkil olunmuş və bununla da bütün qonaqların diqqətini cəlb etmişdir. Dəfələrlə izlənməsinə baxmayaraq, bu ölməz əsərin qəhrəmanlarının replikaları, xüsusilə məşhur qəhrəman “Məşədi İbad”ın çıxışları və musiqilər alqışlarla müşaiyət olunaraq qonaqların simasında daha çox gülüş yaratmışdır.
Məlumat üçün qeyd edək ki, hər il bayram günlərində əcnəbi turistlərin çoxluğu nəzərə alınaraq “Şahdağ” Turizm Mərkəzində Azərbaycanın mədəniyyətinin və tarixinin təbliğinə xüsusi diqqət yetirilir və ənənəvi olaraq klassik və müasir əsərlərə yer verilməklə teatr tamaşaları hazırlanır.

“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!
“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!
“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!
“O olmasın, bu olsun” musiqili komediyası Şahdağda!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *