Xaçmazda 47 yaşlı kişi qatarın altında qalaraq ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Xaçmazda 47 yaşlı kişi qatarın altında qalaraq ölüb

Xaçmazda 47 yaşlı kişi qatarın altında qalaraq ölüb


Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

AzNews.info Report-a istinadən xəbər verir ki, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci kilometrində - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub.

Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *