Azərbaycanın əməkdar artisti vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti vəfat etdi


Azərbaycanın əməkdar artisti Əsgər Rəhimov vəfat edib.

AzNews.info Report-a istinadən xəbər verir ki, aktyor martın 21-də dünyasını dəyişib.

Qeyd olunur ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirdi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.

O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb.

Onun yaratdığı Nikita (A.Arbuzov, “Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov, “Kaliforniyada dəfn”), Lukin (M.Qorki, “Vəhşilər”), Bayandur (İ.Əfəndiyev, “Büllur sarayda”), Ralf (R.Baer, “Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə, “Nonsens”), Qraf Kent (U.Şekspir, “Kral Lir”), Həkim (K.Hiqqins, “Qarold və Mod”) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *