Moskvanın tarixində ən isti qış » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Moskvanın tarixində ən isti qış

Moskvanın tarixində ən isti qış


Rusiyanın hidrometeoroloji mərkəzdən verilən məlumata görə, dekabrdan fevrala qədər olan təqvim qışı Moskva şəhərinin tarixində ən isti qış olacaq.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, fevralın 24-dək paytaxtda orta temperatur mənfi 3,7 dərəcə təşkil edib. Bu, 1961-1990 illər ərzində müşahidə olunan orta temperaturdan demək olar ki, 4 dərəcə yüksəkdir.

Bu qış, eyni zamanda uzun illər ərzində aparılan müşahidələrin orta göstəricisinə nisbətən yağıntı miqdarının çoxluğu ilə də fərqlənib. Ümumilikdə isə üç ay ərzində şəhərə 160 millimetr yağıntı düşüb ki, bu da normadan 26 millimetr çoxdur.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *