Bakıda tələbə və məktəbli qız oğurlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda tələbə və məktəbli qız oğurlanıb

Bakıda tələbə və məktəbli qız oğurlanıb


Bakıda 23 yaşlı tələbə və 16 yaşlı məktəbli qız oğurlanıb.

AzNews.info-nun xəbərinə görə, Səbail Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata əsasən, 23 yaşlı Bakı sakininin (qızın adı etik normalara görə açıqlanmır) valideynləri polisə müraciət edərək bildiriblər ki, onların qızı naməlum şəxs tərəfindən qaçırılıb.

8-ci kilometr qəsəbəsində məktəblərdən birində təhsil alan 16 yaşlı qızın valideynləri (onun adı etik normalara görə açıqlanmır) də eyni şikayətlə Nizami Rayon Polis İdarəsinə müraciət ediblər. Qeyd olunur ki, məktəblini Qara Qarayev prospektində qaçırıblar.

Hər iki faktla bağlı araşdırma aparılır, qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mənbə: 1news.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *