Bakıda bir küçədə iki evi yardılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda bir küçədə iki evi yardılar

Bakıda bir küçədə iki evi yardılar


Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19100 manatlıq oğurluq edilib.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *