Dəhşət filmlərinin qəhrəmanları real həyatda » AzNews.info -Xəbər portalı

Dəhşət filmlərinin qəhrəmanları real həyatda – FOTO

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Ekranlarda görünüşləri ilə dəhşət saçırlar, həyatda isə... Həyatda isə hər addımda rast gəldiyimiz insanlardan heç nə ilə fərqlənmirlər.

Oxu.Az AdMe.ru-ya istinadən məşhur filmlərdə vahiməli obrazları yaradan aktyorları həyatda necə göründükləri əks olunan fotoları təqdim edir.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Samara – Deyvi Çeyz
Zəng, 2002
Deyvi Çeyzin 26 yaşı var, amma o artıq bir çox filmlərdə çəkilib. Bu filmlər arasında “Donni Darko”, eləcə də “Heyran qalanlar” və “Təcili yardım” serialı var. Biz istənilən halda onu “Zəng” filmində televizordan çıxan qız kimi xatırlayacağıq.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Ceyson Vurxiz – Ari Leman
“Cümə, 13-ü”, 1980
Ceyson Vurxizi bir çox aktyorlar oynayıb, amma məhz Ari Leman ilk olub. O, gənc Vurxizi oynayıb. Gənc Ari “Cümə 13-ü” filminin sınaqlarına gələrkən dərhal təsdiqlənib. Belə ki, 15 yaşı olan yeniyetmənin boyu 180 sm idi.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Freddi Kryuger – Robert İnqlund
“Qaraağaclar küçəsində dəhşət”, 1984
“Bir, iki – Freddi səni aparacaq”, silsilə qətllər törədən Freddi Kryugerin rolu Robert İnqlundun karyerasında böyük mahiyyət kəsb edir. O, tarixdə (Daq Bredli ilə birgə) 8 dəhşət filmində baş rol ifa edən aktyordur. Aktyor indiyə qədər filmlərə çəkili, əsasən isə dəhşət filmlərinə dəvət alır.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Balak – Bonni Aarons
Tilsim 2, 2016
Xarici görünüşü sayəsində Bonni AArons müxtəlif planlı rollara dəvət alırdı, dəhşət filmləri ilə yanaşı, məzhəkə filmlərində də rol alıb. İblis Valakın rolu ona populyarlıq gətirib. Personajın pərəstişkarları filmin qrimçilərinin işinin tərifə layiq olduğunu dəfələrlə bildiriblər.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Pennivayz – Tim Karri
O, 1990
Stiven Kinqin eyniadlı romanı üzrə çəkilmiş “O” filmindəki kloun indiyə qədər uşaqlarda qorxu yaradır. Bu rolu məşhur aktyor Tim Karri oynayıb. Bir neçə il əvvəl Tim xəstəlik keçirib, ondan sonra əlil arabasına məhkum olub. Amma buna baxmayaraq, o işləyir və musiqi yazır.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Con Kramer – Tobin Bell
Mişar, 2003
Manyak Con Kramer rolu Tobin Bellin karyerasında ən məşhur rollardan biri oldu “Mişar” filmindən başqa o, həmçinin bir çox məşhur seriallarda çəkilib. Bu seriallar sırasında “Məxfi materiallar”, “Təcili yardım” və “Uoker, Texas reynceri” yer alır.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Leprekon – Urovik Devis
Leprekon, 2003
Uorvik Devis Hollivudun cırtdan-aktyorlarından ən məşhurlarından biridir, onun boyu 107 sm-dir. Xarici görünüşü və aktyorluq sənəti sayəsində Uorvik bir çox filmlərdə rol alıb. Bura “Leprekon”, “Harri Potter” və s.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Maykl Mayers – Nik Kasl
Hellouin, 1978
Nik Kasl Maykl Mayers rolunun ilk ifaçılarından biri olub və bu iş ona daha çox populyarlıq gətirib. Artıq uzun illərdir ki, Nik aktyor fəaliyyətiilə məşğul deyil, o öz filmlərini çəkir və ssenari yazır.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Pinhed – Daq Bredli
Cəhənnəmdən gələn, 1987
Duqlas Bredli - O, tarixdə (Robert İnqlund ilə bir yerdə) 8 dəhşət filmində baş rol ifa edən aktyordur. Aktyor öz ampluasından uzaqlaşmağa və digər filmlərdə çəkilsə də, Pinhed rolu onun karyerasında ən məşhur rollardan biri olaraq qalıb. filmin pərəstişkarları bu rolda başqa birini təsəvvür etməyin mümkün olmadığını söyləyiblər.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Dəri sima – Endryu Brinyarski
Texxasda mişarla qətliyam: Başlanğıc, 2006
Endryu Brinyarski – Dəri sima ləqəbli manyakı oynayan 7 aktyordan biridir. Hazırda aktyor teleseriallarda çəkilir və bodibildinqlə məşğuldur.

Dəhşət filmlərinin qəhrəmanları real həyatda


Cek Torrens – Cek Nikolson
Şəfəq, 1980
Şaiyələrə görə, Cek Torrens roluna Robert de Niro və Robin Uilyams da namizəd olub. Amma bütün müsahibələrdə Stenli Kubrik hər zaman əvvəldən bu rolda Cek Nikolsonu gördüyünü deyib. İllər keçdikdən sonra isə biz bununla razılaşmaya bilmərik!

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *