Sosial şəbəkələrdə paylaşılan elan Somaliyə kömək oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Sosial şəbəkələrdə paylaşılan elan Somaliyə kömək oldu – VİDEO

Sosial şəbəkələrdə paylaşılan elan Somaliyə kömək oldu


Sosial şəbəkələrdə Somaliyə yardım üçün paylaşılan bir elan internet istifadəçilərini bir araya gətirdi.

Oxu.Az xəbər verir ki, Cerome Carre adlı internet istifadəçisi xəbərlərdə Somalidə acından ölən insanları gördükdən sonra yardım etmək qərarına gəlib.

İnternetdə araşdırdıqdan sonra oraya uçan yeganə hava yolu şirkətinin Turkish Airlines olduğunun fərqinə varıb. Daha sonra o sosial şəbəkələr vasitəsilə Turkish Airlines-a Somalidə hal-hazırda aclıqdan əziyyət çəkənlərə təcili yardım göstərməsi üçün müraciət edib.

Onun etdiyi müraciət cavabsız qalmayıb. Belə ki, aviasiya nəhənglərindən olan şirkət Somaliyə yardım aparmaq üçün heç bir ödənişsiz karqo təyyarəsi təmin edəcəyini bildirib.

Daha sonra isə 60 tonluq təyyarəni ərzaq və digər humanitar yardım vasitələri ilə doldurmaq qalırdı. Bunun üçün isə Ceromenin cəmi 11 günü olub.

Yenə də internet üzərindən başladılan kampaniyaya insanlar laqeyd qalmayıblar və təyyarənin doldurulması üçün tələb olunan 1 milyon dollardan 937 min dolları 33648 nəfərin ianəsi ilə cəmi 20 saat ərzində toplanıb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *