Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media, Video

Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin – VİDEO

Ekstrasens Zirəddin: Özünüzü biabır etməyin


Rusiya vətəndaş olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev (“ekstrasens Zirəddin” kimi tanınır) Azərbaycan mətbuatında onun barəsində dərc edilən xəbərlərdən qəzəblənərək Life.ru kanalı üzərindən videomüraciət yayıb.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, Zirəddin Rzayev Rusiya vətəndaşı olduğu halda Azərbaycan mətbuatının ondan əl çəkmədiyini bildirir.

“Məndən nə istəyirsiniz?” deyə jurnalistlərdən soruşur.

“Siz hamınız Azərbaycanda mənim barəmdə yazmısınız ki, satanistəm, alkaşam, narkomanam, agentəm. İndi də yazmağa heç nə qalmayıb, bütün sərhədləri keçib mənə çirkab atırsınız. Bu, artıq işləmir. Özünüzü biabır etməyin. Mən Rusiya vətəndaşıyam. Rusiyada yaşayıram. Məndən nə istəyirsiniz? Mən sizə nə pislik etmişəm? Niyə Azərbaycan vətəndaşlarından yazmırsınız, məndən yazırsınız? Mənim populyarlığım hesabına pul qazanmaq, piar qurmaq istəyirsiniz. Kim sizə sifariş edib ki, barəmdə çirkin məqalələr yazasınız?” - Zirəddin Rzayev soruşur.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *