Paytaxt küçələrində tıxacın səbəbləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Paytaxt küçələrində tıxacın səbəbləri açıqlandı

Paytaxt küçələrində tıxacın səbəbləri açıqlandı


Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində müşahidə olunan tıxacın səbəbləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Report-a açıqlamasında bildirib ki, Novruz bayramına hazırlıqla əlaqədar hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkət istiqamətinin dəyişməsi bir qədər sıxlıq yaşanmasına səbəb olub:

“Bu proses çox uzun müddət çəkmir. Ərazi üzrə əməkdaşlarımız qısa müddətdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin bərpası ilə bağlı vəziyyəti tənzimləyirlər. Məqsədimiz də bayram şənliklərində təhlükəsizliyi təmin etməkdir”.

Şöbə müdiri deyib ki, tıxacın yaranmasının xüsusi bir səbəbi yoxdur:

“Bayram ərəfəsidir və bayrama böyük hazırlıq işləri gedir. Sabahdan möhtəşəm bayram şənliklərinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi küçələrində son tamamlama işləri aparılır.

Bundan əlavə, ölkədə çoxlu turistlər, yüksək çinli qonaqlar, şəhərin mərkəzində əhəmiyyətli tədbirlər var. Həmçinin paytaxtın mərkəzindən bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələri çoxdur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *