Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto, Video

Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb – VİDEO+FOTO (YENİLƏNİB)

Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb


Bakı metropoliteni tuneldəki tüstülənmənin səbəbini açıqlayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti martın 15-i axşam saatlarında metro tunelində baş vermiş tüstülənmənin səbəbini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, təxminən saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib: “Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib”.

Nəsimi Paşayev əlavə edib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. O, deyib ki, sərnişinlərin sağlamlığı üçün heç bir təhlükə yaranmayıb, yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Metropoliten rəsmisi deyib ki, hazırda metro normal rejimdə çalışır.

21:30

Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hazırda sərnişinlərin “28 may” metro stansiyasına girişi bərpa olunub.


21:10

Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb
Bakı metrosunda həyacanlı anlar: Tuneli tüstü bürüyüb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *