Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi

Dənizdən tapılan meyitin neftçi olduğu dəqiqləşdi

Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R.Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *