Avtomagistralda yük maşını ilə “şou” göstərən sürücü: Əcəb eləmişəm... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Avtomagistralda yük maşını ilə “şou” göstərən sürücü: Əcəb eləmişəm... – VİDEO

Avtomagistralda yük maşını ilə “şou” göstərən sürücü: Əcəb eləmişəm...


Sosial şəbəkələrdə yayılan və sürətli yolda əks istiqamətdə hərəkət edən yük avtomobilini izləyən hər kəs dəhşətə gəlib.

Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, bu gün yol polisi tərəfindən həmin sürücü müəyyən edilərək saxlanılıb. Məlum olub ki, sürücü həmin vaxt sərxoş olub.

Xəzər TV onun “qəhrəmanlığı” ilə bağlı fikirlərini soruşub. Cavablarından isə belə görünür ki, o heç bu gün də sərxoşluqdan ayılmayıb.

Həmin sürücü hava limanı yolunun sürət limiti saatda 120 kilometr olan hissəsində “ZİL” markalı avtomobili əks istiqamətdə idarə edib.

Bakı - Sumqayıt yolunda baş vermiş faciə nümunəsindən cəmi 1 gün sonra Heydər Əliyev prospektində bu kadrlar çəkilib. Öz istiqamətində təxminən saatda 120 kilometrlə hərəkət edən bir avtomobildəki kameraya qarşıdan gələn “Zil” düşüb. İzləyənləri dəhşətə gətirən bu görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis həmin sürücünü müəyyən edib.

Avtoxuliqanlıq edərək özü və digər sürücülərin həyatını təhlüyə atan 46 yaşlı Elçin Babayev 99-YP- 314 nömrə nişanlı yol polisi avtomobilinin ekipajı tərəfindən saxlanılıb və izahatında hadisəni törədərkən içkili olduğunu bildirib.

Avtoxuliqan sürücünün işi Xəzər rayon məhkəməsinə göndərilib. 5 uşaq atası olduğu öyrənilən sürücü özünə bəraət qazandırmağa çalışıb, hətta açıqlaması, etdiyi hərəkətdən daha dəhşətli olub.

Ancaq sərxoşluğu və özünü müdafiələri nəticə verməyib. Sərxoş sürücüyə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka həbs cəzası verilib və o, sürücülük hüququndan məhrum edilib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqis Əsədov bildirib ki, o, yük maşınını nümayişkəranə şəkildə əks istiqamətdə sürərkən də sürücülük hüququ olmayıb. Yəni bundan aylarla əvvəl bu cəzanı alıb. Məhkəmə də həmin cəzanı daha 1 il uzadıb. Bələdiyyələrdən birində tullantı daşıyan həmin avtomobili necə sürdüyü isə məlum deyil.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Qualley, the eldest daughter of Andie MacDowell, has been making cheap michael kors the rounds this NYFW, which kept her busy through Valentine’s Day. “I was crazy busy yesterday, and ended up getting pulled into a Ralph Lauren fitting michael kors outlet uk at like 8 o’clock, which interrupted Valentine’s Day,” she said. “But then we went and had a quick dinner and passed out. I usually stay at my friend’s place michael kors replica handbags in Brooklyn but [my boyfriend] got us an Airbnb.”

  • #2
  • 14 iyun 2017 12:22
  • Yazan: JOE
Park Tao Fenuo on the replica watches series of timeless beauty are conveyed to swiss breitling pay a lifetime wish to spend a lifetime, a total of the future of the deep love.(Model: 3565), two unique replica watches uk perfect pair

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *