Oğuzda itlər şagirdlərə hücum etdi » AzNews.info -Xəbər portalı

Oğuzda itlər şagirdlərə hücum etdi – VİDEO

Oğuzda itlər şagirdlərə hücum etdi


Sahibsiz itlər yenə də dişlərinin gücünü sınayıb.

AzNews.info-nun ARB TV-yə istinadən xəbərinə görə, hadisə Oğuzun Padar kəndində məktəbdə baş verib.

Vəhşi itlər məktəblilərə hücum çəkiblər. İnsident səhər saatlarında məktəbin həyətində qeydə alınıb. Yaxınlıqda olan müəllim və valideynlərin köməkliyi ilə uşaqlar itin əlindən alınıb. Hadisədən sonra məktəblilər dərhal xəstəxanaya çatdırılıb.

Uşaqlara ilkin tibbi yardım göstərilib, vaksin vurulduqdan sonra evə buraxılıblar. Sakinlər bildirir ki, buna bənzər hadisə kənddə dəfələrlə baş verib.

Bununla bağlı aidiyyatı qurumlara da məlumat verilib. Hadisədən sonra isə təbii olaraq, uşaqlar məktəbə təşviş içində gedib-gəlir.

“İt məktəbdə dişlədi. Müəllim dedi ki, çıxıb 2 saat oynayun. Uşaqlarla oynadığım yerdə it dişlədi”, - xəsarət alan Murad Ustakişiyev deyib.

Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *