Ömər Momani Azərbaycan yığmasına karikatura həsr etdi: "Niyə də yox?" » AzNews.info -Xəbər portalı

Ömər Momani Azərbaycan yığmasına karikatura həsr etdi: "Niyə də yox?" – FOTO

Ömər Momani Azərbaycan yığmasına karikatura həsr etdi: "Niyə də yox?"


Məşhur iordaniyalı karikaturaçı Ömər Momani növbəti işini Azərbaycan millisinə həsr edib.

Oxu.Az xəbər verir ki, müəllif öz işini “Niyə də yox?” adlandırıb.

“Niyə də yox? Norveç üzərində qələbədən sonra Azərbaycan dünya çempionlarına müqavimət göstərə biləcəkmi?”, - Momani öz karikaturasına şərhdə yazıb.

Ömər Momani Azərbaycan yığmasına karikatura həsr etdi: "Niyə də yox?"


Futbolçuların nömrələrinə əsasən demək olar ki, karikaturada Rəşad Sadıqov, Dmitri Nazarov, Ramil Şeydayev və qapıçı Kamran Ağayev qalanı “alman” nəhənglərinin hücumundan qoruyurlar.

Xatırladaq ki, Azərbaycan-Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Dörd turdan sonra Azərbaycan yığması yeddi xalla qrupda üçüncüdür. İlk pillədə 12 xalla Almaniya, ikinci yerdə isə yeddi xalı olan Şimali İrlandiya millisi qərarlaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *