Vəzifəli şəxsin həyat yoldaşı sərxoş vəziyyətdə qəza törətdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Vəzifəli şəxsin həyat yoldaşı sərxoş vəziyyətdə qəza törətdi

Vəzifəli şəxsin həyat yoldaşı sərxoş vəziyyətdə qəza törətdi


Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus “VAZ 21011”-ə arxadan “Kia Sportages” markalı avtomobil çırpılıb.

AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, qəza nəticəsində “011”ə xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomobil qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin nəqliyyat vasitəsi Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. O avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *