Bakıda qeyri-adi avtomobil nömrəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Bakıda qeyri-adi avtomobil nömrəsi – VİDEO

Bakıda qeyri-adi avtomobil nömrəsi


Sürücülərdən biri avtomobilinin dövlət nömrə nişanını qanunsuz şəkildə dəyişdirib.

Oxu.Az xəzərxəbər-ə istinadən məlumat verir ki, daha dəqiq desək, rəqəmlər və hərflərin üzərində oynayaraq öz adına uyğunlaşdırıb.

Bəs belə sürücüləri qanunla hansı cəza gözləyir?

Sürücü avtomobilin nömrəsini adı ilə əvəz edib. Dövlət nömrə nişanındakı rəqəmləri özbaşına dəyişib. Avtoxuliqanların şou və dəbdəbə istəyi sərhəd tanımır. Son zamanlar avtomobilin dövlət nömrə nişanını qanunsuz olaraq adlarla əvəz etmək sanki dəbə çevrilib. Belələrindən biri kameralara tuş gəlib.

Bu sürücünün etdiyi dəyişikliklər ciddi qanun pozuntusu olsa da, bununla bağlı ciddi tədbir görülmədiyindən paytaxtın mərkəzi küçələrində rahat şəkildə avtomobilini idarə edir.

Görənləri təəccübləndirən və heç bir yerdə qeydiyyatda olmayan belə nömrə sahiblərinin digər xəta zamanı və hansısa bir qəza törətdikdə necə cəzalandırılacağı sual doğurur.

Məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə əsasən, Azərbaycanda bu cür nömrələr verilmir.

Kamran Əliyevin sözlərinə görə, adətən, belə nömrələr xarici tranzit maşınlarda olur. Həmin nömrələrin üzərində də aid olduğu ölkənin simvolları olur. Bu avtomobildəki nömrədə isə hansısa bir dövlətin qeydiyyat nişanına aid simvol yoxdur.

Belə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanılır, texniki sənədindəki nömrə nişanı ilə faktiki üzərində olan nömrəsi üst-üstə düşmədikdə, avtomobil cərimə meydançasına aparılır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *