“Qaçqınkom” məcburi köçkünlərə müraciət edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Qaçqınkom” məcburi köçkünlərə müraciət edib

“Qaçqınkom” məcburi köçkünlərə müraciət edib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) məcburi köçkünlərə müraciət edib.

Oxu.Az komitəyə istinadən xəbər verir ki, müraciətdə bildirilir:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarının hazırlayaraq “Dövlətqaçqınkom”a təqdim etmələri tapşırılıb.

Lakin həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *