Bakıda dəhşət: Göydən şifer parçaları tökülür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakıda dəhşət: Göydən şifer parçaları tökülür – VİDEO

Bakıda dəhşət: Göydən şifer parçaları tökülür


Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır.

Oxu.Az xəbər verir ki, baku.ws-in təqdim etdiyi videoda görünür ki, hündürmərtəbəli binada mansard tikilir.

Tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. “Şazi MMC” tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür.

Sakinlərin verdiyi məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənilmədiyini bildirib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *