Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər – VİDEO

Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər


Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda 2020-ci ilə qədər fırlanan mərtəbələri ilə göydələnlər tikiləcək.

Aznews.info bizimyol.info-ya istinadla xəbər verir ki, tikintinin başlanğıc tarixi hələ elan edilməyib.

Layihə hələ 2006-cı ildə elan edilmişdi. Göydələndə mənzillər bir-birindən asılı olmadan 360 dərəcə fırlanacaq. Fırlanma səs komandaların köməyi ilə başlanır, fırlanma sürətini dəyişdirmək və ya onu dayandırmaq olar.

Sakinlər öz mənzillərini elə proqramlaşdıra biləcək ki, onlar bütün gün ərzində günəş işığı ilə təmin olunsunlar. Hər mənzilin qiyməti təxminən 30 milyon dollar olacaq.

80 mərtəbəli binanın hündürlüyü 420 metr təşkil edəcək. Göydələn dünyada birinci “4D göydələn” olacaq.


Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *