MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı – AÇIQLAMA

MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı


Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.

Aznews.info xəbər verir ki, bunu AzVision.az-a MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib.

O qeyd edib ki, Şuranın “FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur.

MTRŞ rəsmisinin sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir.

“Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial sifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”.

Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nin göstərişinə əsasən, “FOX Türk” kanalının yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, “FOX Türk” kanalı digər bir TV kanal ilə əvəz olunacaq.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 25 fevral 2017 06:08
  • Yazan: sevenfly
But the process of doing a pure sim of the Rumble in Universe Replica Omega mode was nearly as time-consuming as just simulating the Rumble via exhibition mode, as the Universe calendar begins in April, and you must Omega Replica Watches wait for the game to simulate three-quarters of a year of matches and storylines in order to simulate the Rumble match in the calendar year. So I decided to roll my sleeves up and dive in, simulating Fake Omega Watches three 30-man Royal Rumble matches in real time, thanks to the glory of WWE 2K17.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *