Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü – VİDEO

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü


Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın metronun “Gənclik” stansiyasından “Koroğlu” stansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb.

AzNews.info ARB TV-yə istinadən xəbər verir ki, dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Metro stansiyalara quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb.

Nəhayət, əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *