ATV-dən “Yoxlama”nın efirə verilməməsi barədə açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

ATV-dən “Yoxlama”nın efirə verilməməsi barədə açıqlama

ATV-dən “Yoxlama”nın efirə verilməməsi barədə açıqlama


ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin hansı səbəbdən yayımlanmamasına aydınlıq gətirilib.

Aznews.info BAKU.WS-ə istinadla xəbər verir ki, iki həftədir verilişin hansı səbəbdən yayımlanmadığına ATV telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimov aydınlıq gətirib. Bildirib ki, verilişin yayımı dayandırılmayıb və növbəti həftədən etibarən ATV-nin efirində olacaq.

“Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. “Yoxlama” verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq”.

Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan “Yoxlama” iaşə obyektlərində yoxlamalar aparır. Bu da restoran rəhbərliklərinin etirazları ilə qarşılanır.

Xatırladaq ki, bir neçə gündür verilişin rəsmi “YouTube” kanalında restoranlardan birində yoxlama aparılacağına dair video paylaşılsa da, veriliş iki həftədir yayımlanmır.

Mənbə: Baku.ws
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *