Azərbaycanda internet istifadəçilərinə “qara siyahı” yaratmaq imkanı verilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda internet istifadəçilərinə “qara siyahı” yaratmaq imkanı verilib

Azərbaycanda internet istifadəçilərinə “qara siyahı” yaratmaq imkanı verilib

“Aztelekom” MMC müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumata görə, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlar, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlər, bir sözlə, internet təhlükələrindən qoruyur.

“Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir. İstifadəçi “ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları “qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər.

Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi veb resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.

Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.

Xatırladaq ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən “Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *