Son mənzilə yola salınan gənc yolda ayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Maraqlı

Son mənzilə yola salınan gənc yolda ayıldı

Son mənzilə yola salınan gənc yolda ayıldı

Hindistanın Karnataka ştatının Dharvad şəhərinin 17 yaşlı sakini öz dəfn mərasiminə yolda ayılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Times of India qəzeti yazır.

Gəncin valideynləri məlumat veriblər ki, bir ay əvvəl onu it dişləyib, bundan sonra o bir neçə həftə yüksək temperaturdan əziyyət çəkib.

Səhhəti daha da ağırlaşan gənc xəstəxanaya aparılıb, lakin müalicə üçün pulları olmadığından valideynləri onu evə götürüblər.

Bir müddətdən sonra həyat əlaməti göstərmədiyi üçün gəncin valideynləri qərara gəliblər ki, o ölüb.

Dəfn etmək məqsədi ilə kəndə aparılan zaman gənc əllərini və ayaqlarını tərpədib, çətinliklə nəfəs alıb.

Hazırda o kəskin meninqoensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *