Yol polisinə kobudluq edən sürücü həbs edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Yol polisinə kobudluq edən sürücü həbs edilib – FOTO

Yol polisinə kobudluq edən sürücü həbs edilib


Bu gün Bakıda yol polisinə qarşı kobudluq edərək müqavimət göstərən və nalayiq ifadələr işlədən sürücü həbs olunub.

Aznews.info avtosfer.az-a istinadən xəbər verir ki, DYP-dən verilən məlumata görə, günorta saatlarında “Nissan Maxima” markalı, 90 NE 222 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsində – yolayrıcında park edilib.

Orada dayanma-durma qadağan edildiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq avtomobili götürməyi tələb edib. Bu zaman avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsmixanov Eldar Rasim oğlu DYP inspektoruna qarşı kobudluq edərək nalayiq sözlərlə onu təhqir edib və avtomobili götürməkdən imtina edib.

Hadisə yerinə gələn digər YPX əməkdaşları sürücünün sərxoş olduğunu aşkar ediblər. Daha sonra sürücü Səbail rayon 39-cu polis bölməsinə aparılıb. Burada toplanmış materiallar Səbail Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməkdən imtina edən sürücü Eldar İsmixanov 10 gün inzibati həbs cəzasına məhkum edilib. Sürücü məhkəmədən birbaşa Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

Yol polisinə kobudluq edən sürücü həbs edilib

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *