“Azəravtoyl” yollarda vəziyyətlə bağlı açıqlama yayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azəravtoyl” yollarda vəziyyətlə bağlı açıqlama yayıb

“Azəravtoyl” yollarda vəziyyətlə bağlı açıqlama yayıb


Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

“Azəravtoyol”dan Oxu.Az-a verilən məlumata görə, ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

“Azəravtoyol” ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Cəmiyyət tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır”, - deyə məlumatda vurğulanıb.

“Azəravtoyol”dan bildirilib ki, yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində görülən işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar:

“Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *