Lavrovu tənqid edən ATV-nin aparıcısı işdən çıxarıldı? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Lavrovu tənqid edən ATV-nin aparıcısı işdən çıxarıldı?

Lavrovu tənqid edən ATV-nin aparıcısı işdən çıxarıldı?


Sosial şəbəkələrdə ATV-nin xəbər aparıcısı Vaqif Aydınoğlunun telekanaldan getməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Oxu.Az xəbər verir ki, V.Aydınoğlu məsələ ilə bağlı rəsmi “Facebook” səhifəsində açıqlama verərək işindən ayrılmadığını bildirib:

“Əziz dostlarım və çox hörmətli jurnalist həmkarlarım, dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarınıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin “İctimai siyasi verlişlər” departamentinin rəhbəri, “Xəbərlər” xidmətinin baş redaktoru və “Həftəsonu” analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm.

Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəyəm. Bu iş kanalımızda yeni yaradılan “İctimai siyasi məsələlər və ictimayətlə əlaqələr” departamentinə təyin olunan rəhbər Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarınızı mənə yox, Turan bəyə ünvanlayasınız”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *