ATV-dəki qalmaqallı süjetlə bağlı redaktor işdən qovuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Media, Video

ATV-dəki qalmaqallı süjetlə bağlı redaktor işdən qovuldu – VİDEO

ATV-dəki qalmaqallı süjetlə bağlı redaktor işdən qovuldu


ATV kanalı son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin ATV Xəbərdə yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddialarla bağlı məlumat yayıb.

AzNews.info xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, telekanal araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb:

“Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *